icon
icon
icon
icon


Yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Qəni Camalzadənin "Karxana" kitabı işıq üzü görüb.

Moderator.az-ın məlumatına görə kitabda müəllifin "Karxana" romanı və hekayələri daxil edilib. 


Bu yazıçının oxucularla yeddinci görüşüdür. Kitaba daxil edilmiş roman 2014-cü ildə "Azərbaycan" jurnalında dərc olunub. Əsərdə xeyirlə şərin mübarizəsindən bəhs edilir. Hekayələr isə yumor və satira nümunələridir.

Kitabın redaktoru görkəmli yazıçı Məmməd Orucdur.