icon
icon
icon
icon

Suallar

Qəni müəllim, yeni çap olunmuş kitabınızda yer almış “Karxana” romanında əsas mövzunun xeiyr və şər arasında mübarizə olduğu qeyd edilir. Maraqlıdır, bəs Siz burada xeyir və şər deyərkən konkret olaraq nəyi nəzərdə tutursunuz – ayrı-ayrı insanların digər insanlara qarşı xeyir-şər mübarizəsi, erməni-müsəlman qarşıdurması fonunda gedən xeyir-şər mübarizəsi yoxsa əsərin hər bir qəhrəmanının öz daxilində gedən xeyirlə şərin mübarizəsi?

- Mir Qədir ağa, eləcə də onun oğlu Məlikəjdər öz həyatları, fəaliyyətləri boyunca müxtəlif qanunsuz əməllərlə məşğul olsalar da, qətl törətməkdən qəti şəkildə çəkinir, dini mövqelərinə istinad edirlər, beləliklə, müəyyən bir ziddiyyət yaranır. Bu, adları çəkilən qəhrəmanların dindən pərdə kimi istifadə etmələri anlamına gəlirmirmi?

- Əsərdə baş verən hadisələr Karxana adlı yerdə baş versə də, 100 il ərzində bütün Azərbaycanın tarixini əhatə edir. Xüsusilə də erməni-müsəlman davaları, sovet hökumətinin qurulmasından sonra Azərbaycan xalqına qarşı həyata keçirilən terror siyasəti süjet boyunca qabardılır. Əsərin qəhrəmanları arasında Sanının, eləcə də onun atası Nazıoğlunun yerli əhaliyə, azərbaycanlılara qarşı amansızlığını nə ilə əlaqələndirmək olar? Bu, Artuşun simasında parlaq ifadə olunan daşnak xisləti yaxud mövcud şəraitdə hökumətə yarınmaq istəyidir?

- Əsərin qəhrəmanlarından olan Anuş qarı bir yerdə söhbətində öz milləti ermənilərə lənət oxuyaraq, azərbaycanlılara tərif yağdırır, başına gələn bütün bəlaların ermənilərdən olduğunu deyir. Bəs bu məqamla müəllif nə demək istəyir – pis millət yoxdur, onun pis nümayəndələri var?

- Amma digər tərəfdən, yuxarıda da qeyd etdiyimiz kimi, Artuşun simasında daşnakların Azərbaycanla bağlı planları da açıq göstərilir – dünyada neft istehsalının yarısını verən Bakını ələ keçirmək üçün uzunmüddətli strategiya hazırlayan erməni millətçiləri, qınçaqçılar erməni ailələrini Abşerona köçürürlər. Bu, belə bir müddət üçün plan hazırlayan ermənilərə qarşı, erməni hiyləsinə qarşı daha ehtiyatlı olmamız anlamına gəlmirmi?

- Əsər boyunca dini, criminal mövqedən çıxış edən qəhrəmanlar üstünlük təşkil etsələr də, müəllif millətçi, vətənpərvər gəncləri də unutmur, Hatəmin simasında onların fəaliyyətini işıqlandırır. Bəs sizing fikrinizcə, həmin hadisələrin baş verdiyi dövrdə Hatəm kimi insanların sayının az olması nədən irəli gəlirdi?

- “Karxana”da həmçinin digər millətlərin nümayəndələrinin Azərbaycana köçürülməsi, yerli əhali arasında yerləşdirilməsi məsələsi də işıqlandırılır. Və bu baxımdan Azərbaycan xalqının gəlmələri çox rahat şəkildə qəbul etməsi, əlaqəyə girməsi göstərilir. Sizcə bu məqam müsbət yoxsa mənfi xarakter kimi qiymətləndirilməlidir?

- Əsərdə diqqət çəkən məqamlardan biri də Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşdiyi günlərdə iki naməlum şəxsin Anuş qarının evinə gələrək, onu axtarmasıdır. Yəni, ümumi süjet xəttindən belə anlamaq olar ki, müəllif həmin dövrlərdə bu kimi hadisələrin çox olduğunu diqqətə çatdırmaq istəyir. Bu məqamla bağlı fikirlərinizi öyrənmək maraqlı olardı…

- “Karxana”nı oxuyarkən istər-istəməz Azərbaycan xalqının əvvəl Çar Rusiyası, sonra isə Sovet İttifaqı tərkibində hansı əziyyətləri çəkməsi, məruz qaldığı qırğınlar, çətinliklər, insanların üzləşdiyi qeyri-insani münasibətlər kəskin nəzərə çarpır. Eyni zamanda meydan hərəkatı ilə bağlı hissələr əsərdə az yer tutsa da, xüsusi olaraq vurğulanır. Sizin fikrinizcə, Azərbaycan Sovet İttifaqının tərkibində olmaqdan nələr qazandı, nələr itirdi? Qazancımız itkimizdən az yoxsa çox oldu?

Maraqlıdır, bəs müəllif özünü yaratdığı obrazlardan hansı birinə bənzədir? Müdrik Məlikəjdər, vətənpərvər Hatəm, zəhmli Sanı…?